Türkiyə toplanışını başa vurduqdan sonra iki günlük istirahətə buraxılan "Qəbələ" Bakıda bir araya gəlib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacaqları "Keşlə" ilə görüşün hazırlığına paytaxtda start verib.
 
Elmar Baxşıyevin yetirmələri bu gün fitnes zalında hazırlıq keçiblər. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. "Qəbələ"nin  yanvarın 29-na təsadüf edəcək məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.
 
Xatırladaq ki, fevralın 2-də keçiriləcək "Qəbələ" – "Keşlə" matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest