Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Lester Siti" səfərdə "Aston Villa" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə qələbə qazanan "Aston Villa" ilk finalçı olub.
 
Digər yarımfinal görüşü "Mançester Yunayted"lə "Mançester Siti" arasında baş tutacaq. Bu komandalar arasında MY-nin meydanında baş tutan ilk görüş qonaqların inamlı qələbəsiylə başa çatıb. 
 
İngiltərə Liqa kuboku
Yarımfinalın cavab oyunları
28 yanvar
 
Aston Villa - Lester Siti 2:1 (ilk oyun 1:1)
Qol: Targett, 12. Trezeqe, 90+3 – İheanaço, 72.
 
20 yanvar
 
Mançester Siti - Mançester Yunayted (3:1) 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest