Almaniyanın "Fortuna" klubu baş məşqçisi Fridhelm Funkellə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Düsseldorf təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Funkelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
2016-cı ildən "Fortuna"nı çalışdıran Funkel, 2019-cu ilin dekabrında müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalamışdı.
 
"Fortuna" hazırda Bundesliqada 15 xalla sonuncu sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest