Yığma komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Keşlə" yoxlama görüşündə qüvvəsini sınayıb. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi I divizion komandası "Qaradağ Lökbatan"ı sınağa çəkib.

Tərlan Əhmədovun yetirmələri "ASK Arena"da baş tutan qarşılaşmadan böyükhesablı qalibiyyətlə ayrılıb – 5:1. Topaz Premyer Liqası təmsilçisinin heyətində qollara Samir Məsimov, Andre Klennon, Bahodir Nasimov, Tərlan Quliyev və əvəzedici heyətdən əsas komandaya cəlb edilən Elmir Rəhimzadə imza atıb.

Qeyd edək ki, "Keşlə" çempionatda növbəti oyununu noyabrın 24-də "Qəbələ"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest