Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Lester Siti" səfərdə "Aston Villa" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə qələbə qazanan "Aston Villa" ilk finalçı olub.
 
Digər yarımfinal görüşü "Mançester Yunayted"lə "Mançester Siti" arasında baş tutub. Bu komandalar arasında MY-nin meydanında baş tutan ilk görüş qonaqların inamlı qələbəsiylə başa çatmışdı. Cavab görüşündə isə "qırmızı şeytanlar" minimal hesabla üstün olublar. Amma doğma meydanda uduzmasına baxmayaraq, finala vəsiqəni məhz "Mançester Siti" qazanıb.
 
Beləliklə, martın 1-də keçiriləcək final oyununda "Aston Villa" ilə "Mançester Siti" üz-üzə gələcək.
 
İngiltərə Liqa kuboku
Yarımfinalın cavab oyunları
28 yanvar
 
Aston Villa – Lester Siti 2:1 (ilk oyun 1:1)
Qol: Targett, 12. Trezeqe, 90+3 – İheanaço, 72.
 
20 yanvar
 
Mançester Siti – Mançester Yunayted 0:1 (3:1)
Qol: Matiç, 35.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest