Futbol üzər İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Napoli" doğma azarkeşləri qarşısında "Latsio"nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.
 
"Yuventus" bu mərhələdə "Roma" ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən Turin təmsilçisi yarımfinala yüksəlib.
 
"Milan" yarımfinala vəsiqə uğrunda "Torino" ilə qarşılaşıb. Dramatik keçən matçda qalib əlavə yarım saatda müəyyənləşib. Milanlılar hətta məğlub duruma düşmələrinə baxmayaraq, məhz əlavə vaxtda vurduqları qollar sayəsində növbəti mərhələyə yüksəliblər.
 
"İnter" isə "Fiorentina"yla üz-üzə gəlib. Sonuncu qarşılaşmanın qalibi "İnter" olub.
 
Beləliklə, yarımfinalda "İnter"lə "Napoli", "Milan"la isə "Yuventus" mübarizə aparacaq.
 
İtaliya kuboku
1/4 final
21 yanvar
 
Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.
 
22 yanvar
 
Yuventus – Roma 3:1
Qol: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.
 
28 yanvar
 
Milan – Torino 4:2
Qol: Bonaventura, 12. H.çalhanoğlu, 90+1; 106. İbrahimoviç, 108 – Bremer, 34: 71.
 
29 yanvar
 
İnter – Fiorentina 2:1
Qol: Kandreva, 44. Barella, 67 – Kaseres, 60.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest