Fransanın "Monako" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Yunis Belhandanı transfer etmək istəyir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa təmsilçisi oyunçunu icarəyə götürmək niyyətindədir.

Bildirilir ki, artıq klub rəhbərliyi "Qalatasaray"la danışıqlara başlayıb. Ancaq tərəflər hələlik razılığa gələ bilməyiblər. Buna səbəb, Belhandanın "Monako"dan hazırkı klubundan aldığı maaşı tələb etməsi olub.

Fransa təmsilçisi isə 29 yaşlı futbolçuya həmin pulu vermək niyyətində deyil. Hazırda tərəflər arasında danışıqlar davam edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest