Afrika Millətlər Kubokunun seçmə qrup mərhələsində V turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, D qrupunda yer alan Toqo öz meydanında Əlcəzairi qəbul edib.

Oyun qonaq komandanın böyük üstünüyü şəraitində keçib. Əlcəzairin 4 qoluna ev sahibləri cəmi 1 topla cavab verə biliblər. "Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqonun heyətində 90 dəqiqə meydanda olub. Hücumameyilli oyunçu yalnız 16-cı dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

Bu nəticədən sonra aktivində 5 xal olan Toqo turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Əlcəzair isə 10 xalla liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest