"çelsi"nin sabiq futbolçusu Ceffri Bruma Almaniya Bundesliqasında klubunu dəyişib. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Volfsburq"dan "Maynts"a keçib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Bruma mövsümün sonuna qədər icarə əsasında "Maynts"da çıxış edəcək.
 
2007-2013-cü illər aralığında "çelsi"nin şərəfini qoruyan Bruma, "Lester Siti", PSV, "Hamburq", "Şalke" kimi klubların da formasını geyinib. Müdafiəçi Niderland millisində də 25 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest