Almaniyanın "Herta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Milan"ın hücumçusu Kşiştof Pyonteki transfer edib.
 
Bu barədə "Maynts"ın rəsmi saytı məlumat yayıb. Berlin təmsilçisi 24 yaşlı polşalı forvardla uzunmüddətli müqavilə imzalandığını bəyan edib. Tərəflər arasındakı anlaşmanın müddəti kimi, digər detalları da gizli saxlanılır. Amma Almaniya mətbuatı "Herta"nın bonuslar da daxil olmaqla "Milan"a 27 milyon avro ödəyəcəyini yazır.
 
Pyontek ölkəsində "Lexiya", "Zaqlembe" və "Krakoviya" klublarında oynadıqdan sonra 2018-ci ildə "Cenoa"ya transfer olunub. O, bu komandada 19 oyuna 13 qol vurmaqla 2019-cu ildə "Milan"ın diqqət mərkəzinə düşüb. Polşa millisinin üzvü bu mövsüm Milan təmsilçisində 20 oyunda cəmi 5 qola imza ata bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest