Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
 
Lion "Olimpik"i səfərdə "Nitsa" ilə üz-üzə gəlib. üç qolun qeydə alındığı oyunda rəqibini üstələyən Lion təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
 
Qeyd edək ki, əvvəlki oyun günlərində "Renn", "Belfort", "Dijon", "Sent-Etyen", PSJ, "Olimpik" (Marsel) və "Epinal" da 1/4 finala vəsiqə qazanmışdı.
 
Fransa kuboku
1/8 final
28 yanvar
 
Anje – Renn 4:5
Belfort – Monpelye 0:0 (penaltilər 5:4)
Limonest – Dijon 1:2
Monako – Sent-Etyen 0:1
 
29 yanvar
 
Epinal – Lill 2:1
Pau – PSJ 0:2
Olimpik (Marsel) – Strasburq 3:1
 
30 yanvar
 
Nitsa – Olimpik (Lion) 1:2
 
 
1/4 finalın cütləri
Dijon - PSJ
Epinal -  Sent-Etyen
Olimpik (Lion) – Olimpik (Marsel)
Belfort - Renn

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest