"İnter" "Cenoa"da çıxış edən Qoran Pandevi heyətinə qatmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Milan təmsilçisinin baş məşqçisi Antonio Konte komandadakı tək hücumçu Lautaro Martinezin olmasından narahatdır. İtaliya mütəxəssis "İnter"in heyətindəki bir başqa forvard Aleksis Sançesin performansından isə narazıdır. O, bu səbəbdən rəhbərlikdən yüni hücumçu tələb edib. Kontenin bu tələbindən sonra isə komandaya keçməyə ən yaxın oyunçunun Pandev olduğu bildirilir.

Qeyd edək ki,  36 yaşlı makedoniyalı bu mövsüm "Cenoa" ilə 18 matça çıxıb və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest