Futbol üzrə Rusiya millisinin və "Lokomotiv"in hücumçusu Fyodr Smolov karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 29 yaşlı hücumçu "Selta" klubuna keçib.
 
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Smolov, mövsümün sonuna qədər icarə əsasında "Selta"da çıxış edəcək.
 
"Selta" yayda forvardın transfer hüquqlarına sahib ola bilər.
 
Rusiya millisində 39 oyun keçirən Smolov, 14 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest