İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, "canavarlar" "Sportinq"dən Daniel Podensi transfer edib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçuyla müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Sportinq"in yetirməsi olan Podens, 2018-ci ilin yayından icarə əsasında Yunanıstan "Olimpiakos"unda çıxış edirdi. Pirey təmsilçisi ilə bu mövsüm 15 oyunda iştirak edən portuqaliyalı forvard, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest