Türkiyənin "Ankaragücü" klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb. Matc.az xəbər verir ki, bu, Türkiyədə transfer pəncərəsinin bağlanmasına saatlar qalmış baş verib.
 
Bu qadağa klubun bəzi yerli və legioner futbolçularına olan əvvəlki borclarla əlaqədar idi. Lakin bütün borcları bağlayan Super Liqa təmsilçisi nəhayət ki, transfer etmək hüququna yiyələnib.
 
"Ankaragücü" rəhbərliyi FİFA-dan rəsmi məktubu alan kimi xeyli müddətdi danışıq apardığı və razılıq əldə etdiyi bütün oyunçular üçün eyni gündə imza mərasimi təşkil edib. Paytaxt klubu 15 futbolçuyla müqavilə bağlayıb.
 
Elita təmsilçisinin heyətinə qatdığı yeni oyunçulardan 8-i legioner (Jerson Rodriqes, Xelmin Rivas, Saba Lobjanidze, Konrad Mixalak, Daniel Lukasik, Rikardo Fridrix, Miloş Stanoyeviç, Nduka Ozokvo), 7-si isə yerlidi (Orkan çınar, Atila Turan, Fatih Tultak, Suat Kaya, Ahmet Sun, Enes Kubat, Məhəmməd Yasir Karabay)
 
Qeyd edək ki, "Ankaragücü" Super Liqada 13 xalla 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest