İngiltərənin "çelsi" klubu müdafiəçi Tarik Lempti və yarımmüdafiəçi Klinton Molanı satıb. Matc.az xəbər verir ki, Lempti İngiltərənin digər Premyer Liqa təmsilçisi "Brayton"a keçib.
 
19 yaşlı futbolçu yeni klubu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə bağlayıb. O, bu mövsüm "çelsi"nin heyətində 3 rəsmi oyuna çıxmışdı.
 
Mola isə Almaniyanın "Ştutqart" klubuna transfer edilib. 18 yaşlı ingilis futbolçu ilə yeni klubu arasındakı müqavilənin müddəti 2024-cü ilin yayına qədərdi. Almanlar bu transfer üçün London klubuna 400 min funt-sterlinq ödəyiblər. Amma Klinton gələcəkdə başqa kluba satılsa, gəlirin 10 faizi "çelsi"yə ödəniləcək. Mola "Ştutqart"da 6 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest