Bu gün futbol üzrə Azrbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb və 15-ci tura start veriib.
 
Matc.az xəbər verir ki, turun açılış matçında "Zirə" "Sabah"ı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qəsəbə təmsilçisinin qollarını Ağabala Ramazanov və Riçard Qadze vurub. 
 
 
Günün digər qarşılaşmasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Neftçi" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri ilk yarının sonlarında həm azlıqda qalıblar, həm də hesabda geri düşüblər. Amma paytaxt təmsilçisi ikinci hissədə bərabərlik qolunu vurmağı bacarıb. Beləcə, bu görüşdə qalib müəyyənləşməyib.
 
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Qəbələ" "Keşlə"ni qəbul edəcəksə, lider "Qarabağ" səfərdə "Səbail"in qonağı olacaq.
 
Azərbaycan Premyer Liqası
15-ci tur
1 fevral
 
Zirə – Sabah 2:0
Qol: Ağabala Ramazanov, 46, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
 
Neftçi – Sumqayıt 1:1
Qol: Baqali Dabo, 71 - Rəhim Sadıxov, 43. 
Qırmızı vərəqə: Voyislav Stankoviç, 41.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov.
8-ci km stadionu, 17:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest