Zidanın oğlu Enzo Zidan  "Almeriya" klubuna transfer olunub. Matc.az xəbər verir ki, 2014-2017 ci illərdə "Real Madrid"in gənc komandasında çıxış edən oyunçunun yeni kluba ilə olan müqaviləsinin təfərrüatları açıqlanmayıb.

Gənc oyunçu mövsümə Portuqaliyanın "Aves" klubunda başlayıb. O, komandası ilə keçirdiyi 11 oyunda 2 qol vurub.

"Almeriya" İspaniyanın ikinci liqasında çıxış edir. Komanda 45 xalla ikinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest