"Vulverhempton"un hücumçusu Renat Dadaşov "Birmingem"dən təklif alıb. Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşrinin müxbiri Rob Dorsett məlumat yayıb.
 
Onun sözlərinə görə, klublar öz aralarında icarə müqaviləsi barədə razılığa gəlsələr də, millimizin üzvü hazırkı komandasında qalmaq istədiyini bildirib:
 
"Gülməlidir. Renat Dadaşov da "Vulverhempton"dan çempionşip təmsilçisi "Birmingem"ə keçməkdən imtina etdi. Klublar anlaşsalar da, Dadaşov istəmədi. Müqavilə imzalamaq vaxtı çatanda, Renat "yox" dedi".
 
Dadaşov hazırda "canavarlar"ın U-23 komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest