"Barselona"nın baş məşqçisi Kike Setyen Messinin komandayla olan müqaviləsi ilə bağlı danışıb. Matc.az xəbər verir ki,  o, argentinalının klubda qalacağına şübhə etmir:

"Messi qalmaq istəyir. ümid edirəm ki, onu hələ çox sevindirəcəyik. Gələcəkdə onun "Barselona"da qalacağına şübhə yoxdur. Onunla olan münasibətimiz eynən digər oyunçularla olduğu kimdidir. Messi qalibdir, hər şeyin yaxşı getməsini istəyir. O, istənilən vaxt oyunu nəticəsini dəyişə bilir. Ancaq hər şeyin daha yaxşı olması üçün komanda şəklində mübarizə aparmalıyıq".

Qeyd edək ki, Messinin komnada ilə müqaviləsi gələn il sona çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest