Azərbaycan futzalçılarının DÇ şansının qalması üçün rusların bu oyunda qələbə qazanmaması lazım idi. Lakin Rusiya bu oyundan 4:3 qalib ayrılmaqla qrupda 1-ci olub, Xorvatiya isə 2-ci yeri tutub. Bu isə 3-cü pilləyə düşən millimizin final mərhələsindən kənarda qalmasına səbəb olub.

Futzal üzrə Azərbaycan millisinin Dç-2020-yə yollanmaq istəyi baş tutmayıb. Matc.az xəbər verir ki, hər şeyə qrupun sonuncu oyununda,  Rusiya - Xorvatiya matçında aydınlıq gəlib.
 
Azərbaycan futzalçılarının Dç şansının qalması üçün rusların bu oyunda qələbə qazanmaması lazım idi. Lakin Rusiya bu oyundan 4:3 qalib ayrılmaqla qrupda 1-ci olub, Xorvatiya isə 2-ci yeri tutub. Bu isə 3-cü pilləyə düşən millimizin final mərhələsindən kənarda qalmasına səbəb olub.
 
Qeyd edək ki, ilk turda Xorvatiyaya 0:2 hesabıyla uduzan Azərbaycan futzalçıları Rusiya yığmasına 4:3 qalib gəlsə də, Slovakiya ilə heç-heçəyə razılaşıb – 3:3.
 
Azərbaycan millisi indiyə qədər bir dəfə - 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının iştirakçısı olub və həmin mundialda mübarizəni 1/4 finalda dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest