Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Açılış matçında "Bolonya" "Breşiya"nı qəbul edib. Bu görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Dörd qolun qeydə alındığı "Kalyari" – "Parma" matçında isə qalib müəyyənləşməyib. "Roma" da "Sassuolo" səfərinə yollanıb. Daha məhsuldar alınan bu görüşdə "Sassuolo" paytaxtın eyniadlı təmsilçisi üzərində inamlı qələbəyə sevinib.
 
İtaliya A Seriyası
22-ci tur
1 fevral
 
Bolonya – Breşiya 2:1
Qol: Orsolini, 43. Bani, 89 – Torreqrossa, 36-pen.
 
Kalyari – Parma 2:2
Qol: J.Pedro, 19. Simeone, 54 – Kuçka, 42. Kornelius, 90+4.
 
Sassuolo – Roma 4:2
Qol: Kaputo, 7; 16. Dyuriçiç, 26. Boqa, 74 – Dzeko, 55. Veretu, 72-pen.
 
2 fevral
 
15:30 Yuventus – Fiorentina
18:00 Milan – Verona
18:00 Atalanta – Cenoa
18:00 Latsio – SPAL
21:00 Leççe – Torino
23:45 Udineze – İnter
 
3 fevral
 
23:45 Sampdoriya – Napoli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest