"Zirə" futbolçusu Elvin Məmmədovla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
"Zirə" Məmmədovu Türkiyədəki təlim-məşq toplanışına aparmamışdı. Futbolçu ilə komandanın baş məşqçisi Zaur Həşimov arasında problem olduğu deyilirdi.