D liqasının 3-cü qrupunda keçirilən V turun matçının rəsmi protokolunun son variantına əsasən hesabı Dmitri Nazarov açıb. 18-ci dəqiqədə vurulan top məhz onun aktivinə yazılıb.

UEFA Azərbaycan millisinin Farer adaları ilə Millətlər Liqasındakı oyunu ilə bağlı növbəti qərarını verib. Matç.az saytı xəbər verir ki, qurum yığmamızın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ilk qolun müəllifini yenidən dəyişib.

D liqasının 3-cü qrupunda keçirilən V turun matçının rəsmi protokolunun son variantına əsasən hesabı Dmitri Nazarov açıb. 18-ci dəqiqədə vurulan top məhz onun aktivinə yazılıb.

Noyabrın 17-də keçirilən qarşılaşma zamanı həm UEFA, həm AFFA-nın rəsmi saytı topu məhz Nazarovun vurduğunu qeydə almışdı. Lakin matç bitdikdən sonra düzəlişə ehtiyac duyan UEFA qolun müəllifini dəyişmişdi. Bunu avtoqol kimi dəyərləndirən qurum Nazarovun hesabından silinən topu Raqnar Nattestadın passivinə yazmışdı.

Lakin matçın baş hakimini qeydləri və aparılan düzəlişlər Nazarovun haqqının bərpası ilə nəticələnib. Bu dəfə avtoqol ləğv edilib və Dmitrinin qolu qeydə alınıb.

Bununla da futbolçunun Azərbaycan yığmasındakı rekordu rəsmiləşib. Rəsmi matçlarda ən çox qol vuran oyunçu kimi tarixə düşən Nazarov hesabını 6 topa çatdırıb. O, hərəyə 5 qol vuran Qurban Qurbanovla Vaqif Cavadovu arxada qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest