"Barselona" rəhbərliyi yarımmüdafiəçi Usman Dembelenin davranışlarından narahatdı. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu buna görə cəzalandırıla bilər.

Kataloniya təmsilçisi gənc oyunçuya növbəti xəbərdarlığını edib: əgər intizam qaydalarına əməl etməsən, əsas komandadan uzaqlaşdırılacaqsan. Bundan başqa, ispanlar onu mövsümün sonunda satmağı da nəzərdən keçirirlər. Klub bu transferdən minimum 100 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Dembele bundan əvvəl də məşqlərə və toplantılara gecikdiyi üçün bir neçə dəfə xəbərdalıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest