"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer komandanın çıxışı ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis heyət yenilənməsinin çətinliyini yaşadıqlarını bildirib:

"Məni bura dəvət elədilər, gəldim. Düşünürəm ki, hər kəs artıq nə etməyə çalışdığımızı görür. Komandaya yeni oyunçular cəlb olunub. Biz istəyirik ki, buraya layiq olmayanlara bir yerdə qalmayaq. Aleks Ferqyusonun dövründəki kimi olmadığımızı mən də bilirəm. Əgər siz komandaya hər şeyinizi vermirsinizsə, deməli, "Mançester Yunayted"ə layiq deyilsiniz".

"Qırmızı şeytanlar" Premyer Liqada 7-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest