Azərbaycan millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən "Gibraltar Masters" turnirində mübarizəni səhhətində yaranan problemə görə dayandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə şahmatçımız "Facebook" hesabında paylaşım edib.  
 
Şəhriyar bildirib ki, allergik xəstəliyinə görə yarışı davam etdirə bilməyib: "Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarıda buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdı. Yenidən geri qayıtmaq ümidi ilə".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest