"Sabah" Futbol Klubunda yeni təyinat baş tutub. Matc.az xəbər verir ki, Ramin Həsənov sözügedən klubun baş icraçı direktor vəzifəsinə təyin edilib.
 
Bu barədə "Sabah"ın rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, Həsənov daha öncə "Səbail" Futbol Klubunda icraçı direktor vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest