Emil Balayevin komandadan ayrılmasının ardından "Tobol" qapıçı axtarışılarını davam etdirir. Matc.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, millimizin üzvünün yerinə keçəcək ən güclü namizəd Yuri Lodıqindir.

Məlumatda bildirilir ki, rusiyalı qapıçı hazırda azad agentdir. O, mövsümə Türkiyədə başlayıb. "Qaziantep" klubunda  çıxış edən 30 yaşlı oyunçu cəmi iki oyun keçirib.

Yuri Lodıqin daha öncə "Zenit" və "Olimpiakos" kimi komandaların qapısını qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest