"Yuventus"un yarımmüdafiəçisi Federiko Bernardeski "Barselona"nın onu istəməsi ilə bağlı açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, o, yayılan məlumatları təkzib etməyib:

"Barselona"nın məni istəməsindən ancaq qürur duya bilərəm. Əgər böyük klublar sizinlə maraqlanırsa, deməli, yaxşı işlər görmüsünüz. Ancaq mən hazırda da Avropanın ən yaxşı klublarının birində çıxış edirəm".

Qeyd edək ki, Bernarderski bu mövsüm "Yuventus" forması ilə 21 oyuna çıxıb və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest