Səudiyyə Ərəbistanının taxt-tac varisi Məhəmməd bin Salman "Roma" klubunu almaq fikrinə düşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, kralın oğlu bununla bağlı paytaxt klubunun hazırkı rəhbərliyi ilə bir araya gəlib.

33 yaşlı dövlət rəsmisi "Roma"nın sahibi Ceyms Pallotta ilə görüşüb. Pallotta klubun səhmlərinin 1 milyard avrodan çox olduğunu bildirib. O, həmçinin yeni stadionun inşasını da qarşı tərəfdən tələb edib. İlkin danışıqların uğursuz olduğu, lakin hələ yekunlaşmadığı bildirilib.

Qeyd edək ki, Məhəmməd bin Salman eyni zamanda Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəridi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest