İngiltərənin "Brayton" klubu futbolçusu Qlenn Murreyin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 36 yaşlı hücumçuyla müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2014-cü ildən "Brayton"da forma geyinən Murreyin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
 
Bu mövsüm 16 matçda iştirak edən forvard, 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest