İspaniyanın "Valensiya" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Esekyel Qaray sıradan çıxıb.
 
O, "Selta" ilə çempionat oyununda ağır zədə alıb. Sağ diz bağları qırılan futbolçu hətta bu gün əməliyyat olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı argentinalı mərkəz müdafiəçisinin bərpa müddəti barədə dəqiq informasiya verilməyib. Amma İspaniya mətbuatı Qarayın bu mövsüm bir daha meydana çıxmayacağını yazıb.
 
Qeyd edək ki, Argentina millisinin sabiq üzvü 2016-cı ildən "Valensiya"da çıxış edir. Təcrübəli müdafiəçi bu mövsüm La Liqa klubunda 23 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest