"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino İspaniyada çalışa bilər. Matc.az xəbər verir ki, argentinalı mütəxəssisin "Atletiko"ya keçə biləcəyi haqda məlumatlar yayılıb.

İngiltərə mətbuatı yazır ki, azarkeşlər Madrid təmsilçisinin çıxışından narazıdır. Klub rəhbərliyi Dieqo Simeonenin əvəzləyicisi kimi Poçettinonu görür.

Argentinalı mütəxəssis daha öncə də İspaniyada çalışıb. O, 2008-09 mövsümündə "Espanyol"un baş məşqçisi olub.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest