Madrid "Real"ının yarımmüdafiəçisi Eden Azar komanda ilə birgə məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.

Məlumatda bildirilir ki, futbolçunun zədəsi böyük ölçüdə sağalıb. Azar sonuncu dəfə noyabrda meydana çıxmışdı. O, çempionlar Liqasının qrup mərhələsində PSJ-yə qarşı görüşdə (2:2) zədələnərək oyunu tərk etmişdi.

Madrid təmsilçisi növbəti oyununu sabah İspaniya kuboku çərçivəsində "Real Sosyedad"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest