"Neftçi" Azərbaycan Premyer Liqasının 16-cı turunda qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığını davam etdirir.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu oyuna doğma bazasında hazırlaşır.
 
Bu gün komanda növbəti məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Neftçi" matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest