Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/16 final mərhələsinin təkrar oyunları keçirilib. Matc.az xəbər verir ki, əslində bu mərhələdə qaliblər bir oyuna müəyyənləşir. Lakin həmin oyunlarda ilk 90 dəqiqə ərzində qalib bəlli olmasa, komandalar təkrar qarşılaşma keçirmək məcburiyyətində qalırlar.
 
1/16 final mərhələsində də 6 qarşılaşmada qalib müəyyənləşməmişdi. Bu üzdən də həmin kollektivlər təkrar üz-üzə gəliblər. "Liverpul" "Şrusberi"ni, "Ridinq" "Kardiff Siti"ni, "Nyukasl" "Oksford"u, "Birmingem" "Koventri Siti"ni, "Derbi Kaunti" də "Northempton"u məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.
 
Sonuncu təkrar qarşılaşma isə "Tottenhem"lə "Sauthempton" arasında baş tutub. Beş qolun qeydə alındığı bu görüş London təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.
 
İngiltərə Federasiya Kuboku
1/16 finalın təkrar oyunları
4 fevral
 
Liverpul – Şrusberi 1:0 (ilk oyun 2:2)
Derbi Kaunti – Northempton 4:2 (ilk oyun 0:0)
Kardiff Siti – Ridinq 3:3 (penaltilər 1:4) (ilk oyun 1:1)
Birmingem – Koventri – 2:2 (penaltilər 4:1) (ilk oyun 0:0)
Oksford – Nyukasl 2:3 (ilk oyun 0:0)
 
5 fevral
 
Tottenhem – Sauthempton 3:2 (ilk oyun 1:1)
 
Beləliklə, İngiltərə Federasiya Kubokunun 1/8 finalında aşağıdakı komandalar qarşılaşacaq:
 
Şeffild Uensdey – Mançester Siti
Ridinq – Şeffild Yunayted
çelsi – Liverpul
Vest Bromviç – Nyukasl
Lester – Birmingem
Derbi Kaunti – Mançester Yunayted
Tottenhem – Norviç
Portsmut – Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest