Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. 
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə də dörd görüş baş tutub.
 
"Bayer" "Ştuttqart"ı, "Bavariya" "Hoffenhaym"ı, "Yunion" da "Verl"i mübarizədən kəanarlaşdırıb. "Saarbrukken" – "Karlsrue" duelində isə tərəflər 120 dəqiqə ərzində fərqlənə bilməyiblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Saarbrükken" növbəti mərhələyə vəsiqə qazanıb.
 
Almaniya kuboku
1/8 final
4 fevral
 
Ayntraxt – Leyptsiq 3:1
Kayzerslautern – Fortuna 2:5
Şalke – Herta 3:2
Verder – Borussiya (Dortmund) 3:2
 
5 fevral
 
Bayer – Ştuttqart 2:1
Verl – Yunion 0:1
Bavariya – Hoffenhaym 4:3
Saarbrukken – Karlsrue 0:0 (penaltilər 5:3)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest