"Biz məşqçilərin işi çox çətindir. Çalışanda da sizi axtarırılar, işsiz qalanda da. Bəlkə də istirahəti olmayan yeganə peşədir deyə bilərəm"

İtaliyalı baş məşqçi çezare Prandelli ölkə mətbuatına müsahibə verib. Matc az xəbər verir ki, təcrübəli mütəxəssis həftəsonu keçiriləcək "İnter" – "Milan" derbisini şərh edərkən qısa olaraq gələcək karyerası barədə də danışıb:

"Biz məşqçilərin işi çox çətindir. çalışanda da sizi axtarırılar, işsiz qalanda da. Bəlkə də istirahəti olmayan yeganə peşədir deyə bilərəm. Ancaq düzünü desəm, axtarılmasından heç kim narazı olmaz. Hər zaman hər şeyə hazır biriyəm. özümə qarşı sərhədlər qoymağı sevmirəm. Əgər siz hələ də kimlər üçünsə lazımsınızsa, özünüzə inanmalısınız. Futbol çox mürəkkəb işdir. Siz sabah nə olacağını bilməzsiniz. Mən heç vaxt yeni həyəcana "yox" demərəm".

Qeyd edək ki, Prandellinin adı AFFA-nın  milli komandamız üçün düşündüyü baş məşqçilər siyasında yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest