"Neftçi"də baxışda olub bəyənilməyən Jesse Sekidikanın "Qalatasaray"a keçməsi Türkiyə mətbuatının da diqqətindən uzaq qalmayıb. Matc.az xəbər verir ki, "Milliyet" qəzeti "Neftçi" rəhbərliyinin oyunçunun "sarı-qırmızlar"a keçməsinin ardından  təəccübləndiyini yazıb.

Xəbərdə 23 yaşlı futbolçunun "Neftçi"nin məşqçilər heyəti tərəfindən bəyənilmədiyi, ancaq futbolçunun "Qalatasaray"a keçməsinin klubda təəccüblə qarşılandığı bildirilib. "Neftçi" rəhbərliyinin "biz Sekidikada nəyi görə bilmədik? "Qalatasaray" kimi bir komandaya gedirsə, biz niyə istəmədik?" deyərək, peşman olduqları qeyd edilib.

Qeyd edək ki, Sekidika 2019-cu ilin əvvəli "Neftçi"də baxışda olub. Ancaq o dönəm komandanın baş məşqçisi Roberto Bordin futbolçunu bəyənmədiyi üçün onunla müqavilə imzalanmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest