Futbol üzrə İngiltərə Premyer Liqasında yay transfer dövrünün vaxtı dəyişdirilib. Matc.az xəbər verir ki, britaniyalılar yay transfer dönəminin uzadılmasına qərar veriblər.
 
Belə ki, klublar "transfer pəncərəsi"nin əvvəlki tarixlərə qayıtmasını dəstəkləyiblər. Bundan sonra ingilislər də bu müddəti digər aparıcı Avropa çempionatlarının şərtlərinə uyğunlaşdıracaqlar. Transfer dönəmi sentyabrın 1-də başa çatacaq.
 
Premyer Liqada son iki mövsümdə yay "transfer pəncərəsi" 1-ci turun açılış oyunundan bir gün əvvəl, yəni avqustda bağlanırdı.
 
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında "Liverpul" 73 xalla liderdi, ikinci yerdə qərarlaşan "Mançester Siti"nin isə 51 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest