Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Birmingem"in U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Komandasının ikinci qolunu da Renat vurub. Millimizin forvardı 75-ci dəqiqədə vurduğu qolla "Vulverhempton"u məğlubiyyətdən xilas edib və yekun nəticəni müəyyənləşdirib.
 
H qrupunda yer alan və keçirdiyi 4 oyuna 8 xal toplayan "Vulverhempton" birinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest