Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 16-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi "Baniyas" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Əl Vahda" ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Bu, onun sözügrdən kluba transferindən sonrakı ilk məğlubiyyətdi.
 
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
 
"Baniyas" 16 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest