"Doğrudur, Kosovo bizi iki xal qabaqlayır və bu amil onlara müəyyən mənadan üstünlük yaradır. Amma bizim əsas müsbət cəhətimiz və üstünlüyümüz komanda olmağımız və birliyimizdi"

"Hər kəsi salamlayıram. Rəqib əla komandadı. çalışacağıq ki, həlledici matçda ən yaxşı oyunlarımızdan birini keçirək. Meydana ancaq qələbə üçün çıxacağıq". Matç.az saytının məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev deyib.

Kosovo ilə UEFA Millətlər Liqası matçından öncə mətbuat konfransıda fikirlərini bölüşən futbolçu jurnalistlərin suallarını da cavablandırıb.

- Rəqib həm xal hesabında, həm də doğma meydan amilində millimizdən daha üstün görünür. Bəs bizim üstünlüyümüz nədir?

- Doğrudur, Kosovo bizi iki xal qabaqlayır və bu amil onlara müəyyən mənadan üstünlük yaradır. Amma bizim əsas müsbət cəhətimiz və üstünlüyümüz komanda olmağımız və birliyimizdir.

- Maksim, bu matçı şəxsən sizin üçün ən vacib oyun saymaq olarmı? Ən çox həyəcan keçirdiyin qarşılaşma demək olarsa... Nəzərə alsaq ki, Kamranın yoxluğunda kapitan sarğısını da siz daşıyacaqsınız...

- Haqlısınız. çox vacib oyundu. Məsuliyyətli qarşılaşmadır. Amma təcrübəli oyunçularımız çoxdu. Stressli olmaq olmaz. Məsuliyyəti dərk edərək, rəqibə qrşı soyuqqanlı oynamalıyıq. Bu halda istədiyimizi əldə edə bilərik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest