Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
Super Liqada uğurlu mövsüm keçirən "Sivasspor" səfərdə qarşılaşdığı "Antalyaspor"la ilk oyundan heç-heçə ilə ayrılıb.
 
1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 11-13-ü aralığında keçiriləcək.
 
Türkiyə kuboku
1/4 finalın ilk oyunları
4 fevral
 
Trabzonspor – Ərzurumspor 5:0
Qol: Sorlot, 16; 66. Y.Acer, 26-öz qapısına. Nvakaeme, 43. M.Acil, 60-öz qapısına.
 
5 fevral
 
Kırklarılesipor – Fənərbaxça 0:3
Qol: M.Erdinc, 43. M.Ekici, 52. İ.Surqulu, 57-öz qapısına.
 
Alanyaspor – Qalatasaray 2:0
Qol: Bakasetas, 20. J.Fernandes, 55.
 
6 fevral
 
Antalyaspor – Sivasspor 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest