"Liverpul"un oyunçusu Adam Lallana komandadan ayrıla bilər. Matc.az  xəbər verir ki, ingiltərəli futbolçu  karyerasını "Arsenal" və "Tottenhem"də davam etdirə bilər.
 
32 yaşlı futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Liverpul təmsilçisi isə oyunçu ilə müqavilə yenilmək fikrində deyil. Yayda azad agent olacaq yarımmüdafiəçini "Arsenal" və "Tottenhem" heyətinə qatmaq istədiyi bildirilir. 
 
Lallana bu mövsüm "Liverpul" forması ilə 18 oyun keçirib və bir qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest