Bu gün Millətlər Liqasında əsas mərhələyə yekun vurulub. Matç.az saytı xəbər verir ki, D liqasında mübarizə aparan Azərbaycan yığması son oyununu keçirib.

3-cü qrupda çıxış edən yığmamız VI turda Kosovo ilə qarşılaşıb. Qrup lideri ilə görüşə iddialı yollanan Qurban Qurbanovun yetirmələri darmadağınla üzləşib.

Belə ki, 1-ci yerlə C liqasına və AVRO-2020-nin pley-offuna vəsiqə əldə etməsinə ümidlər bəslənən yığmamız 0:4 hesabı ilə uduzub. Bu böyükhesablı məğlubiyyət komandamızın turnirdə ilk yenilgisi olub.

Beləliklə, turniri 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə başa vuran millimiz qrupda 2-ci yeri tutub. Komandamız növbəti Millətlər Liqasında da ən zəiflərin yer aldığı D liqasında oynamalı olacaq.

Millətlər Liqası
D liqası, 3-cü qrup
VI tur, 20 noyabr

Kosovo – Azərbaycan - 4:0
Qollar: Arber Zeneli, 2, 50, 76, Armi Rahmani, 61
Priştina. Fadil Vokrri stadionu. Baş hakim: Benua Millot. 

Kosovo:  12. Ariyenet Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Milot Raşitsa, 10. Arber Zeneli, 13. Armi Rahmani, 14. Valon Berişa (k), 15. Mergim Voyvoda, 17. Bencamin Kololli, 18. Vedat Muriqi
Ehtiyat oyunçular: 1. Samir Uykani, 16. Visar Bekay, 2. Arbenit Xhemayli, 4. İdriz Voka, 8. Besar Halimi, 9. Bersant Tselina, 11. Donis Avdiyay, 19. Leart Pakyarada, 20. Mirlind Kryeziun, 21. Atdhe Nuhiu, 22. Edon Yegrova, 23. Lirim Kastrati
Baş məşqçi: Bernard Şalland

Azərbaycan: 23. Səlahat Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 1. Şahruddin Məhəmmədliyev, 3. ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov

1.

Kosovo

6

4

2

0

15:2

14

2.

Azərbaycan

6

2

3

1

7:6

9

3.

Farer Adaları

6

1

2

3

5:10

5

4.

Malta

6

0

3

3

5:14

3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest