Rusiyanın "Ximki" klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi 1-ci divizion klubu Belekdeki hazırlıq prosesi çərçivəsində ötən gün iki sınaq matçına çıxıb.
 
Sözügedən komanda öncə Latviya "Valmiera"sı ilə üz-üzə gəlib və 1:0 hesabıyla qalib gəlib. Kamran bu görüşə start heyətdə başlasa da, 52-ci dəqiqədə əvəzlənib.
 
"Ximki" sonuncu oyununu çinin "çançun Yatay" klubuna qarşı keçirib. Əliyevin komandası bu görüşdə darmadağına sevinib – 4:1. Kamran bu oyunun 54-cü dəqiqəsində meydana buraxılıb. Komandasının üçüncü qolunu da 61-ci dəqiqədə azərbaycanlı hücumçu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest