Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də 2 qarşılaşma baş tutub.
 
Əvvəlcə "Sumqayıt" "Zirə"ni qəbul edib. üç qolun, iki qırmızı vərəqənin qeydə alındığı bu qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
 
Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Lider "Qarabağ" 8 xal üstün olduğu "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Azərbaycan derbisində hesab açılmayıb.
 
Xatırladaq ki, ilk oyun günündə "Sabah" "Qəbələ" 3:2 hesabıyla qalib gəlibsə, "Keşlə" evdə "Səbail" 0:1 uduzub.
 
Azərbaycan Premyer Liqası
16-cı tur
8 fevral
 
"Sumqayıt" – "Zirə" 2:1
Qol: E.Cəfərquliyev, 13. X.Nəcəfov, 66 - A.Ramazanov, 35.
Qırmızı vərəqə: İlkin Muradov, 36. A.Ramazanov, 68.
Sumqayıt şəhər stadionu. Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov.
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Corc Anton, 11. Davit Volkov, 55. Rauf Hüseynli
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 70. Nicat Süleymanov
Baş məşqçi: Zaur Həşimov
 
"Qarabağ" – "Neftçi" 0:0
Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov.
 
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest