Futbol üzrə Yaponiya superkubokunun qalibi məlum olub. Matc.az xəbər verir ki, həlledici görüşdə "Vissel Kobe" ilə "Yokohama" qarşılaşıb.
 
Əsas vaxtı 3:3 hesabıyla bitən matçda, "Vissel Kobe" penaltilər seriyasında rəqibini məğlub edib – 3:2.
 
"Vissel Kobe"nin heyətində "Barselona"nın sabiq futbolçusu Andres İnyesta da forma geyinir. Bu kubok 35 yaşlı yarımmüdafiəçinin karyerasındakı 37-ci titulu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest